Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:23

Gültəkin Hacıbəyli ilə bağlı məhkəmə təxirə salındı


Gültəkin Hacıbəyli

Gültəkin Hacıbəyli

-

Martın 5-də Bakı Apellyasiya Məhkəməsində sabiq deputat, Milli Şuranın üzvü Gültəkin Hacıbəyli ilə bağlı Yasamal rayon Məhkəməsinin verdiyi qərardan şikayətə baxılıb.

Gültəkin Hacıbəylinin vəkili Elçin Sadıqov AzadlıqRadiosuna bildirib ki, Yasamal rayon Məhkəməsinin qərarından həm onlar, həm də ittihamçı tərəf apellyasiya verib: «Biz protokollarla tanış olmadığımız üçün məhkəmə martın 15-nə kimi təxirə salındı».

Bu il yanvarın 22-də Yasamal rayon Məhkəməsi Gültəkin Hacıbəylini keçmiş qohumları Mehdiyevlərin şərəf və ləyaqətini təhqir etdiyi üçün Cinayət Məcəlləsinin 147.1 maddəsi ilə təqsirli bilib və 500 manat cərimələyib.

Gültəkin Hacıbəylinin keçmiş həyat yoldaşı Mahmud Mehdiyev isə məhkəmənin bu qərarından razı qalmayıb, apellyasiya verib. O, keçmiş xanımının 4 il müddətinə həbs olunmasını istəyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG