Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:36

Kerry ərəb ölkələrinin xarici işlər nazirləri ilə görüşüb


John Kerry və Salman bin Abdulaziz al-Saud
John Kerry və Salman bin Abdulaziz al-Saud

ABŞ Dövlət kativi John Kerry Səudiyyə Ərəbistanında Körfəz Əməkdaşlıq Şurası ölkələrinin xarici işlər nazirləri ilə görüşüb.

Məqsəd İranın nüvə proqramı ilə bağlı Tehranla aparılan danışıqlar barədə bu ölkələrə məlumat verməkdir.

Bu şuraya Səudiyyə Ərəbistanı,Küveyt, Bəhrein,Qətər və Birləşmiş Ərəb Əmirlikləri daxildir.

Qeyd edək ki, Kerry bundan əvvəl Cenevrədə İranın xarici işlər naziri Mohammad Javad Zariflə 3 günlük danışıqlar aparıb.

Söhbət İranın nüvə proqramını dayandırması və əvəzində ona qarşı tətbiq edilmiş beynəlxalq sanksiyaların yüngülləşdirilməsindən gedir.

Tərəflər iyunun sonunadək yekun razılaşma əldə etmək fikrindədirlər.

Qərb İranı gizlicə nüvə silahıüzərində işləməkda günühlandırır.

Tehran ittihamı rədd edir, nüvə proqramının dinc məqsədlər üçün nəzərdə tutulduğunu deyir.

XS
SM
MD
LG