Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:29

Ukrayna hərbçiləri 1 əsgərin öldüyünü,1-nin yaralandığını deyirlər


Foto arxiv

Foto arxiv

Ukrayna hərbçiləri son 24 saat ərzində 1 əsgərin həlak olduğunu, birinin isə yaralandığını deyirlər.

Daxili işlər nazirinin müşaviri Zoryan Shkiryak rusiyapərəst separatçıları atəşkəs rejimini pozmaqda və hökumət qoşunlarının nəzarətində olan Mariupol ətrafında qruplaşmaqda ittiham edir.

Amma separatçılar ötən gün Donetsk vilayətində elə bir silahlı insident olmadığını deyirlər.

Fevralın 12-də Minskdə əldə edilmiş razılaşmaya əsasən tərəflər atəşkəs elan etməli ,2 gündən sonra isə ağır silahları cəbhə xəttindən geri çəkməli idi.

Amma tərəflər ağır silahları bu günlərdə geri çəkməyə başlayıblar.

Bu prosesi ATƏT-in müşahidəçiləri də təsdiqləməlidir.

Ötən ilin aprelindən bu yana Ukraynanın şərqində gedən silahlı toqquşmalarda 6 mindən çox adam ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG