Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:32

Türkiyədə hərbi təyyarə qəzaya uğrayıb


«F-4»
«F-4»

-

Martın 5-də Türkiyədə hərbi təyyarə qəzaya uğrayıb. Türkiyə mediasının yazdığına görə qəzada 2 pilot həlak olub. Məlumata görə, Konyada qəzaya uğrayan döyüş təyyarəsi Türkiyə Hava Qüvvələrinə aid olub. «F-4E 2020» təyyarəsinin qəzaya uğrama səbəbləri hələlik bəlli deyil.

Eyni gündə həmin ərazidə Türkiyə ilə Azərbaycanın hərbi hava qüvvələrinin birgə hərbi təlimləri keçirirlir. Amma Azərbaycan və Türkiyə rəsmiləri bildirirlər ki, qəzaya uğrayan təyyarə təlimə cəlb edilməyib.

Bu günlərdə Azərbaycanla Türkiyə arasında illik hərbi əməkdaşlıq planına əsasən «TurAz Şahini-2015» təlimləri başlayıb. Azərbaycan Hərbi Hava Qüvvələrinin 3 ədəd «MiQ-29» qırıcı, 3 ədəd «Su-25» hücum və «İl-76» hərbi-nəqliyyat təyyarəsi müştərək təlimlərdə iştirak etmək məqsədilə Türkiyə Respublikasının Konya şəhərində yerləşən aviabazaya gəlib.

Təlimlər aprelin 13-dək davam edəcək.

XS
SM
MD
LG