Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:20

Rusiya ordusu ölkənin cənubu, Krım və Gürcüstanın separatçı bölgələri Abxaziya və Cənubi Osetiyada hava hücumlarından müdafiə təlimləri keçirir.

Rusiya Cənub Hərbi Dairəsindən verilən məlumata görə, təlimlərdə 2 mindən çox hərbi qulluqçu, 500 ağır texnika və hava hücumlarından müdafiə birləşmələri iştirak edir.

Təlimlər Abxaziyadakı bazalar da daxil olmaqla ümumilikdə 12 məşq yerində keçirilir.

Təlimlərin nə qədər sürəcəyi hələlik bəlli deyil.

Qeyd edək ki, Rusiya Krımı 2014-cü ilin martında Ukraynadan ilhaq edib.

2008-ci ildə isə Gürcüstanla qısa müharibədən sonra onun serparatçı bölgələri Abxaziya ilə Cənubi Osetiyanı müstəqil dövlətlər kimi tanıyıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG