Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:47

Rəsul Cəfərovun məhkəməsində şahidlər ifadə verdilər


Rəsul Cəfərov
Rəsul Cəfərov

-

«Ortada bir cinayət işi var, o da Rəsul Cəfərova qarşı qaldırılmış cinayət işidir».

Bunu hüquq müdafiəçisi Rəsul Cəfərovun martın 5-də keçirilən məhkəmə prosesində şahid kimi dindirilən jurnalist Şahvələd Çobanoğlu deyib.

Bakı Ağır Cinayətlər Məhkəməsində davam edən prosesdə şahidlər dindirilib. Həmid Xəlilov, Ülvi Həsənli, Əli Novruzov, Elçin Sadıqov da ifadələrində bildiriblər ki, Rəsul Cəfərovun təmsil olunduğu layihələrdə onlara xidmət haqqi kimi ödənişlərdə problem yaranmayıb, hər ödəniş sənədləşdirilib.

Vəkil Əlibaba Rzayev əlavə şahidlərin çağırılması ilə bağlı vəsatət qaldırsa da, hakim vəsatəti baxılmamış saxlayıb.

Proses martın 12-də davam edəcək.

Rəsul Cəfərov ötən il avqustun 2-də həbs olunub, qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə ittiham olunur.

Müdafiə tərəfi ittihamı rədd edir.

«Amnesty International» təşkilatı onu «vicdan məhbusu» kimi tanıyıb.

XS
SM
MD
LG