Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:30

HRW: “İnsan haqları böhranı Avropa Oyunlarına kölgə salır”


Ukraynada məhbus azərbaycanlılarla bağlı etiraz aksiyası

Ukraynada məhbus azərbaycanlılarla bağlı etiraz aksiyası

-

Martın 4-də Human Rights Watch hüquq-müdafiə təşkilatı da Bakının Avropa Oyunları ərəfəsində ölkə daxilindəki narazıları susdurmağa çalışmasından narahatlıq bildirib.

Qurum hökuməti Avropa Oyunlarına 100 gün qalmış bütün fəalları və jurnalistləri azadlığa buraxmağa çağırır. Təşkilatın hazırladığı fotosessiyada “açıq-aşkar hökuməti tənqid etməsinə görə uzunmüddətli həbs cəzasına məhkum edilmiş” 12 nəfərdən bəhs olunur.

“Yeni Avropa oyunlarının ilk ev sahibi olan ölkə kimi Azərbaycan bu layihənin onun müasir və proqressiv imicini gücləndirəcəyinə ümid edir. Avropa Oyunlarının məqsədi müsbət miras qoymaqdırsa, siyasi motivli ittihamlarla həbs olunmuş hər bir jurnalist və fəal açılış mərasimindən öncə azadlığa buraxılmalıdır,” qurumun Avropa və Orta Asiya üzrə direktoru Jane Buchanan deyib.

“Avropa liderləri də Bakıya bildirməlidirlər ki, yanlış olaraq həbsə atılmışlar buraxılmasa, narazılara təzyiqlər dayanmasa, Bakıya yüksək səviyyəli nümayəndə heyəti göndərməyəcəklər,” qurum bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG