Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:55

-

«Yeni Müsavat» qəzeti Novruz bayramında əfv gözləntisindən yazıb. İnsan Haqları üzrə İşçi Qrupun üzvü Novella Cəfəroğlu qəzetə deyib ki, Əfv Komissiyasına təqdim etmək üçün siyahısı tam hazırdır: «Ümid edirik ki, martın 10-15-dək İşçi Qrup tam tərkibdə yığışacaq. Hər şey Avropadan gələn nümayəndədən asılıdır. Biz onun iş rejiminə uyğunhərəkət edirik. Siyahılarımız hazırdır. Jurnalist, xəstə, əfv yazan və yazmayan məhbuslar ayrı-ayrılıqda siyahılar üzrə verilib. Toplantımızda bunlar müzakirə olunacaq. Bundan əlavə, QHT-lərin son durumu da müzakirə olunacaq. Gündəlik hazırlayıb göndərmişik. Novruzda əfv olacağına böyük ümidlərimiz var. Fərdi insanların çoxlu sayda bizə müraciətləri var. Biz onların da məsələsini qaldıracağıq».

İLHAM ƏLİYEV BOLQARISTANDA BAKI-TBİLİSİ-QARSDAN, TANAP VƏ TAP-DAN DANIŞIB

«Azərbaycan» qəzeti prezidenti İlham Əliyevin Bolqarıstanda səfəri zamanı bu ölkənin baş naziri ilə birgə keçirdiyi mətbuat konfransından yazır. İlham Əliyev jurnalistlərə Bakı-Tbilisi-Qars dəmiryol layihəsindən danışıb, deyib ki, bu layihə Avropanı Asiya ilə birləşdirməkdə mühüm əhəmiyyət daşıyır: «Bolqarıstanda keçirdiyi görüşlər zamanı müzakirə olunan məsələlər içərisində enerji layihələrinin əsas mövzu olduğunu vurğulayan Prezident İlham Əliyev bu baxımdan «Cənub» qaz dəhlizinin önəmindən danışdı. Bildirdi ki, TANAP və TAP layihələrinin tikintisi «Cənub» qaz dəhlizi layihəsini formalaşdırır və bundan sonra da Azərbaycan Avropanın enerji təhlükəsizliyindəki rolunu davam etdirəcək. Bolqarıstanın da «Cənub» qaz dəhlizi layihəsinin iştirakçısı olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev gələcəkdə tranzit ölkə kimi Bolqarıstanın həmin layihədə mühüm rol oynayacağını vurğuladı».

Manat

Manat

MANAT YENƏ UCUZLAŞA BİLƏR

«Azadlıq» qəzetinin eyni sərlövhəli yazısında manatın yenidən devalvasiya olacağı ehtimalı vurğulanır: «Dünya bazarlarında neftin qiymətlərinin sabitləşməsi Azərbaycan Mərkəzi Bankına (AMB) manatın gələcək devalvasiyasını dayandırmağa imkan verəcək. «Saxo Bank»ın valyuta strategiyaları şöbəsinin rəhbəri John C.Hardy belə hesab edir.

İqtisadçı Samir Əliyev bildirdi ki, Mərkəzi Bank devalvasiyaya gedən zaman da ekspertlər bəyan edirdi ki, manatın kursu neftin qiymətindən asılı olacaq. Neftin qiyməti düşməyə davam edərsə, bu manatın kursunda da öz mənfi təsirini göstərəcək: «Fikrimcə, neft 70 dollar həddini keçərsə, manatın ucuzlaşması baş verməyəcək. Əksinə bu zaman manat bir qədər bahalaşa bilər. Yox, neft 30-40 dollara qədər ucuzlaşarsa, bu halda mən ikinci devalvasiyanı istisna etmirəm. Hesablamalara görə, ikinci devalvasiya zamanı manatın dəyəri 15-20 faiz enə bilər. Neftin qiyməti indiki səviyyədə qalarsa, o zaman ilin sonuna qədər manatın ucuzlaşması baş verəcəkdir. Bu zaman il ərzində manat hiss olunmayacaq dərəcədə 10 faiz ucuzlaşacaq. Mərkəzi Bank yumşaq devalvasiyanı davam etdirəcək».

BALAKƏNDƏ HƏLƏ DƏ NATURAL TƏSƏRRÜFAT QAYDALARI HÖKM SÜRÜR

«Bizim Yol» qəzeti »Balakəndə hələ də natural təsərrüfat qaydaları hökm sürür» adlı yazıda Balakənddəki dolanışıqdan, insanların vəziyyətində yazır:

«Balakən əhalisi əsasən kənd təsərrüfatı ilə məşğuldur. Torpaq və iqlim şəraitinə uyğun olaraq burada tütünçülük, baramaçılıq, arıçılıq, meyvəçilik geniş yayılıb. Əhali həmçinin heyvandarlıqla məşğuldur. Ölkənin başqa rayonlarının təhsil sahəsində olan problemləri burada da var. Məktəblərin əksəriyyəti sovet dövründən qalmadır.

Foto: Arxiv

Foto: Arxiv

Müəllimlərin çoxu yaşlıdır və onlar şagirdlərə dərs keçməyə həvəsli, maraqlı deyillər. Əksər ixtisaslar üzrə müəllim qıtlığı da var. Müəllimlər hesab edir ki, övladını oxutdurmaq istəyən valideyn onu repetitor yanında hazırlığa yollayacaq.

Sosial vəziyyəti ağır olan valideynlər məktəbli övladlarının əməyindən istifadə edirlər. Oğlanların əksəriyyəti həddi-buluğa çatandan sonra Rusiyanın bazarlarına üz tuturlar. Hava soyuyanda məktəbdə dərsə davamiyyət daha da zəifləyir. Əksər məktəblərin binası və yolları yağışlı-qarlı havalara uyğun deyil» -deyə təqaüdçü, taksi sürücüsü Elmidar Ağayev bildirdi.

PREZİDENT AİLƏSİ ROMADA BAKI-2015 AVROPA OYUNLARINI TƏQDİM EDİR

Qafqazinfo xəbər verir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva mərasimdə iştirak edib.

Mehriban Əliyeva Roma şəhərində ilk Avropa Oyunlarının təqdimat mərasiminin keçirilməsinin Azərbaycan üçün xüsusi əhəmiyyət daşıdığını qeyd edib. «İtaliya bu gün Azərbaycanın ən böyük tərəfdaşlarından biridir. İtaliyanın böyük şirkətləri Azərbaycanda fəaliyyət göstərir. Baxmayaraq ki, Olimpiya Hərəkatı Avropada doğulub və sonradan bərpa olunub, bu vaxta qədər Avropa Oyunları keçirilməyib. Belə bir Oyunları ilk dəfə təşkil etmək, qəbul etmək və keçirmək, əlbəttə, ölkəmiz üçün həm böyük şərəfdir, həm də böyük məsuliyyətdir», - deyə Mehriban Əliyeva bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG