Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:39

-

Martın 5-də ABŞ-ın Cənubi Koreyadakı səfiri Mark Lippert-ə hücuma olub. O, Seulda ictimai foruma qatılıbmış. Lippet-in fotosunda sağ əli və üzündə qan izləri var, eləcə də sol əli qan içindədir.

Cənubi Koreya prezidenti Park Geun-hye deyib ki, Amerika səfirinə hücum “Cənubi Koreya-ABŞ alyansına hücumdur”.

Ağ Evin məlumatına görə, Lippert-in həyatına təhlükə yoxdur və hazırda xəstəxanada müalicə alır.

Hücum edən şəxs saxlanıb. 55 yaşlı Kim Ki-Jong solçu millətçidir. 2010-cu ildə Yaponiyanın səfirinə daş atdığı üçün məhkum edilib.

Bu həftə Birləşmiş Ştatlar və Cənubi Koreya illik birgə hərbi təlimlərə başlayıblar. Bu, Şimali Koreya ilə gərginliyi artırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG