Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:18

Həm aclıq edir, həm məhkəmədə mücadilə verir


Nadia Savchenko məhkəmədə, 4 mart 2015

Nadia Savchenko məhkəmədə, 4 mart 2015

-

Aclığının 82-ci günü ukraynalı pilot Nadia Savchenko Rusiyada məhkəmə qarşısına çıxıb.

Arıqladığı görünən pilot məhkəmədən onun Strasburqa getməsinə şərait yaradılmasını tələb edir.

Ukraynada rusiyameylli separatçılar tərəfindən oğurlanaraq gizli şəkildə Rusiyaya gətirildiyini deyən Savchenko məhkəmədən bunun qanunsuz olduğunu tanımağı istəyir.

Ölkəsində qiyabi olaraq deputat seçilən və Ukaynanın Avropa Şurası Parlament Assambeyasındakı nümayəndə heyətinə daxil edilən Savchenko onun assambleyanın qış sessiyasının işinə qatılmasına imkan yaradılmasını tələb edir.

Prokuror məhkəmənin qapalı keçirilməsini istəsə də, məhkəmə bu təklifi rədd edib.

Nadia Savchenko

Nadia Savchenko

Dekabrın 13-də aclığa başlayan pilotu 2 rusiyalı jurnalistin qətlində ittiham edirlər.

Bacısı Vira deyir ki, Nadia-nın sağlıq durumu çox pisləşib. Onun həyatına təhlükə yaranıb.

Vəkili Mark Feigin bildirir ki, pilotun aclığı dayandırmaq fikri yoxdur.

Amma Savchenko ona söz verib ki, əgər həyatına ciddi təhlükə yaransa aclığı dayandırmaq haqda düşünə bilər. Xüsusən də ona görə ki, "Rusiyalılar və Ukraynalılar onun ölməsini istəmirlər".

Avropa Birliyinin xarici əlaqələr üzrə yetkilisi Federica Mogherini isə martın 4-də yaydığı bəyanatda bildirib ki, Savchenkonun həyatı təhlükədədir və Rusiya humanizm prinsiplərini əsas tutub onu azad etməlidir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG