Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:16

Suriyanın Hələb şəhərində təhlükəsizlik xidmətinin qərargahına bomba basqını nəticəsində onlarca zabit və yaraqlı həlak olub.

Bomba Hərbi Hava Qüvvələri Kəşfiyyatı qərargahının yaxınlığındakı tuneldə partladılıb.

Bundan sonra qərargaha qiyamçı və cihadçıların hücumu başlanıb.

2012-ci ildən bəri Hələb şəhərinin bir hissəsinə hökumət, digər hissəsinə isə qiyamçılar nəzarət edirlər.

Lakin hökumət qoşunları tərəfindən dəstəklənən Livanın Hizbullah döyüşçüləri şəhərin qiyamçılara aid hissələrini geri almağa başlayıblar.

Bomba partlayışından dərhal sonra hökumət qoşunları ən-Nüsrə qiyamçı təşkilatının mövqelərini yerdən və havadan atəşə tutublar.

Günün bütün mövzuları

XS
SM
MD
LG