Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 17:35

Türkiyə İraqa hərbi yardım etməyə hazır olduğunu deyir


Ismet Yilmaz
Ismet Yilmaz

Martın 4-də Bağdadda Türkiyənin müdafiə naziri İsmet Yılmazla İraqın müdafiə naziri Khaled al-Obeidi arasında görüş olub.

Görüşdə əsasən İslam Dövləti yaraqlılarına qarşı mübarizə məsələsi müzakirə olunub.

İsmet Yılmaz görüşdən sonra keçirilən birgə mətbuat konfransında ölkəsinin terrorçuluqla mübarizədə İraqa kəşfiyyat və hərbi-texniki sahələrdə hər cür yardım etməyə hazır olduğunu bildirib.

İraq ordusu hazırda şiə döyüşçülərlə birlikdə İslam Dövləti yaraqlılarını Tikrit şəhərində mühasirəyə almağa çalışırlar.

İkinci gündür ki, şəhəri geri qaytarmaq uğrunda əməliyyat keçirilir.

Əməliyyatlarda 30 minlik canlı qüvvə, təyyarə və vertolyotlardan istifadə edilir.

Bu şəhər Bağdadən 130 kilometrliyində yerləşdir.

XS
SM
MD
LG