Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:19

Putin:" Rusiya Nemtsovun qətli kimi rüsvayçılıqdan yaxa qurtarmalıdır"


Vladimir Putin
Vladimir Putin

Rusiya prezidenti Vladimir Putin deyib ki, Rusiya müxalifətdə olan siyasətçi Boris Nemtsovun qətli kimi rüsvay və faciələrdən yaxa qurtarmalıdır.

Putin qeyd edib ki, polis siyasi qətillərə son qoymalıdır.

Putin martın 4-də Daxili İşlər Nazirliyinin rəsmiləri qarşısında çıxış edərkən deyib ki, etiraf etmık lazımdır ki, hökumət tənqidcilərin qətli Rusiyanın imicinə ziyandır.

"Rezanans doğuran cinayətlərə daha ciddi diqqət yetirilməlidir, o cümlədən də siyasi motivli. Nəhayətki, Rusiyanı bu günlərdə gördüyümüz və yaşadığımız kimi rusvay və faciələrdən qurtarmaq lazımdır".

Boris Nemtsovun həyasızcasına paytaxın mərkəzində öldürülməsini demək istəyirəm.

Hökumətin sərt tənqidçilərindən olan Boris Nemtsov fevralın 27-də Moskvada öldürülüb.

Bir çox tənqidçilər hesab edir ki, bunun arxasında hakimiyyət durur.

Moskva ittihamı rədd edir.

1990-cı illərdə baş nazir müavini olan Nemtsov sonradan Putinin əsas tənqidçilərindən birinə çevrilmişdi.

O daima ölkədə köklü islahatlar aparılmasını tələb edirdi.

XS
SM
MD
LG