Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:25

Cinayət Məcəlləsinə dövlət sirri ilə bağlı maddə əlavə olunur


Cinayət Məcəlləsi

Cinayət Məcəlləsi

-

Azərbaycan Cinayət Məcəlləsinə dəyişikliyin olacağı gözlənir.

Bu barədə apa-ya Milli Məclisdən məlumat verilib.

Bildirilir ki, Cinayət Məcəlləsinə 284-1 maddəsinin əlavə edilməsi təklif olunur. Maddədə deyilir ki, dövlət sirri təşkil edən məlumatların qanunsuz əldə edilməsinə görə 2 ildən 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası kəsilə bilər. Bu zaman dövlətə xəyanət və ya casusluq əlamətlərinin olmadığı nəzərə alınacaq. Qanunsuz hallar dedikdə isə, zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə, talama, aldatma yolu ilə almaq nəzərdə tutulur. Məxfi məlumatların gizli əldə edilməsi üçün nəzərdə tutulmuş xüsusi və ya digər texniki vasitələrdən istifadə də qanunsuz yol sayılır.

Hazırkı qanunvericiliyə əsasən, yalnız vəzifəli şəxslər üçün dövlət sirrini yayma cinayət məsuliyyəti yaradır.

Yeni maddəni nəzərdə tutan layihə plenar iclasa tövsiyə olunub və martın 6-da müzakirə olunacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG