Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 08:50

Azərbaycanla Bolqarıstan arasında birgə bəyannamə imzalanıb


İlham Əliyev
İlham Əliyev

Martın 3-də Sofiyada Azərbaycan prezidenti İlham Əliyev və bolqarıstanlı həmkarı Rosen Plevneliyev arasında təkbətək görüşü olub.

Görüşdə siyasi, iqtisadi, energetika, humanitar və mədəni sahələr də daxil olmaqla ikitərəfli əmkdaşlıq və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Prezidentlər əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük imkanlar olduğunu bildiriblər.

Bundan sonra prezidentlərin iştiraqkı ilə daha geniş tərkibdə görüş keçirilib.

Səfər zamanı iki ölkə arasında strateji tərəfdaşlıq barədə birgə bəyannamə imzalanıb.

XS
SM
MD
LG