Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:32

Müsavatın mitinqinə icazə verilmədi


Bakı şəhər İcra Hakimiyyətinin binası, 5 oktyabr 2006

Bakı şəhər İcra Hakimiyyətinin binası, 5 oktyabr 2006

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının oktyabrın 28-də mətbuata təzyiqlər, sosial problemlər və Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsinə etiraz olaraq yürüş-mitinq keçirməsini məqsədəuyğun saymayıb. Buna səbəb aksiya iştirakçılarının nəqliyyatın hərəkətinə mane ola biləcəyi və həmin ərazidə aparılan inşaat işləri göstərilir.

Müsavat Partiyasının sentyabrın 23-də yürüş-mitinq keçirmək müraciətinə də rədd cavabı verilmişdi. O zaman BŞİH bunu müsavatçıların tələbləri ilə bağlı hökumətin iş aparması ilə izah etmişdi.


Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) altı fəalı isə oktyabrın 30-da mətbuata təzyiqlər, xüsusən də «Azadlıq» qəzetinin yerləşdyii binadan çıxarılmasına etiraz olaraq aclıq aksiyasına başlayır.


AXCP gələn həftədən Prezident Aparatının qarşısında piketlər keçirmək üçün də meriyaya müraciət etməyə hazırlaşır. Partiyanın sədri Əli Kərimli: «Azadlıq» bloku və «Azadlıq» qəzetinin əməkdaşları da aksiyaya qoşulacaqlar».


«Azadlıq» qəzeti özü isə noyabrın 2-də Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin qarşısında etiraz aksiyası keçirməyi planlaşdırır. Qəzetin direktoru Azər Əhmədovun dediyinə görə, aksiya keçirməklə bağlı bildiriş oktyabrın 26-da BŞİH-ə təqdim olunub.


Oktyabrın 31-də isə 1 Saylı Yerli İqtisad Məhkəməsində Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin «Azadlıq» qəzetinə qarşı iddiasına baxılacaq. Komitə hesab edir ki, «Azadlıq» qəzeti Xəqani-33 ünvanında qanunsuz yerləşib, üstəlik icarə haqqı da vermədiyi üçün binadan çıxarılmalıdır.


«Azadlıq» qəzeti də komitəyə qarşı qarşılıqlı iddia qaldırmaq fikrindəir. Qəzet hesab edir ki, komitənin iddiası əsassızdır, binanı 1992-ci ildə Bakı Şəhər İcra Hakimiyyəti nəşrə ödənişsiz əsaslarla verib.


Günün bütün mövzuları

XS
SM
MD
LG