Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:34

ABŞ-la İran danışıqlar aparır


John Kerry və Mohammad Javad Zarif
John Kerry və Mohammad Javad Zarif

ABŞ-la İran Isveçrənin Montre şəhərində Tehranın nüvə proqramı ilə bağlı danışıqları davam etdiriblər.

Danışıqlarda ABŞ Dövlət katibi John Kerri və İranın xarici işlər naziri Mohammad Javad Zarif iştirak edir.

İsrailin baş naziri Benjamin Netanyahu bundan bir qədər əvvəl Vaşinqtonda xəbərdarlıq edib ki, İranın nüvə proqramının dayandırılması ilə bağlı Tehranla razılaşma əksinə onun nüvə silahı düzəltməsinə yol aça bilər.

ABŞ prezidenti Barack Obama isə ona cavab olaraq Netanyahunun elə bir real alternativ göstərmədiyini bildirib.

Qərb hesab edir ki, İran gizlicə nüvə silahı üzərində işləyir.

Tehran ittihamı rədd edir və nüvə proqramının dinc məqsədlər üçün nəzərdə tutulduğunu deyir.

Tehranla danışıqlarda ABŞ,Rusiya,Çin,Böyük Britaniya, Fransa və Almaniya iştirak edir.

Tərəflər iyunun 30-dək yekun razılıq əldə etmək qərarına gəliblər.

Razılaşmada İranın nüvə proqramını dondurması və əvəzində ona qarşı tətbiq edilən beynəlxalq sanksiyaların yüngülləşdirilməsi nəzərədə tutulur.

XS
SM
MD
LG