Keçid linkləri

2024, 30 Mart, şənbə, Bakı vaxtı 09:54

Amnesty İranı çağırır ki, altı sünninin həyatını bağışlasın


İranda edam, arxiv foto
İranda edam, arxiv foto

-

Amnesty International Tehranı çağırıb ki, ölümə məhkum edilmiş altı sünninin həyatını bağışlasın.

Həmin altı nəfərin martın 4-də asılacağı gözlənir. Onlar aclıq aksiyası keçirirlər. Bu şəxslər “Allaha qarşı düşmənçilik” yaymaqda təqsirli biliniblər.

Məhbusların ailə üzvləri quruma bildirib ki, onlarla sonuncu dəfə görüşmək üçün həbsxanaya gedirlər.

Məhbslardan dördü ­- Hamed Ahmadi, Jahangir Dehghani, Jamshid Dehghani və Kamal Molaee 2009-cu ilin sentyabrında sünni ruhanini öldürməkdə təqsirli bilinib. Ancaq özləri iddia edirlər ki, həmin qətldən bir neçə ay öncə saxlanıblar.

Hazırda İranda 33 sünni ölüm hökmünə məhkum edilib. Çoxu deyir ki, ancaq inanclarını təbliğ etdiklərinə görə həbs olunublar.

XS
SM
MD
LG