Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:08

Boston marafonunda partlayışın məhkəməsi başlanır


Dzhokhar Tsarnaev (sağdan ikinci) Boston məhkəməsində

Dzhokhar Tsarnaev (sağdan ikinci) Boston məhkəməsində

-

Bostonda marafon partlayışından iki il sonra, martın 4-də Dzhokhar Tsarnaev-in məhkəməsi başlanır. Tsarnaev və böyük qardaşı Tamerlan marafonda bomba partlayışını törətməkdə ittiham olunurlar. 2013-cü il aprelin 15-də törədilmiş partlayışda 3 nəfər öldürülüb, 260-dan çox adam yaralanıb.

Tamerlan Tsarnaev polis təqibində güllələnib.

İki ay davam edən andlılar seçimi martın 3-də bitib.

21 yaşlı Tsarnaev ABŞ vətəndaşıdır, Şimali Qafqaz kökənlidir. O, qoşa partlayışla əlaqədar 30-dək ittihamda özünü təqsirli bilmir.

1984-cü ildən Massaçusets ştatında ölüm hökmü qadağan olunub. Ancaq ştat deyil, federal məhkəmədə mühakimə olunduğuna görə Tsarnaev-ə ölüm cəzası kəsilə bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG