Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:09

ABŞ generalı: “İran Tikrit döyüşündə “müsbət” rol oynaya bilər”


İraq qüvvələri və şiə döyüşçülər Tikrit yaxınlığında
İraq qüvvələri və şiə döyüşçülər Tikrit yaxınlığında

-

ABŞ generalı Martin Dempsey deyir ki, İranın Tikrit əməliyyatına birbaşa dəstəyi, məzhəblərarası gərginliyi qızışdırmasa, “müsbət amil”ə çevrilə bilər. İraq qüvvələri İslam Dövləti ekstremist qruplaşmasını Tikritdən çıxarmağa çalışır.

Dempsey ABŞ qüvvələrinin qərargah rəisidir. Onun sözlərinə görə, İran döyüşçüləri 2004-cü ildən İraqda savaşır, ancaq Tikrit əməliyyatı iştirakın yeni həddini göstərir.

Dempsey martın 3-də Senatın Silahlı Xidmətlər Komitəsində çıxış edib. Onun sözlərinə görə, Tikriti geri almağa çalışan qüvvələrin üçdə ikisi İrandan gələn şiə döyüşçülərdir. Qalan hissəni İraqın hökumət qüvvələri təşkil edir.

İraqın keçmiş diktatoru Saddam Hussein-in doğma şəhəri olan Tikrit sünni şəhəridir.

XS
SM
MD
LG