Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 01:30

İran Obama-nın təklifini rədd edib


Mohammad Javad Zarif
Mohammad Javad Zarif

İran prezident Barack Obama-nın Tehranın nüvə fəaliyyətinin ən azı 10 il müddətində dondurulması təklifini “ifrat və məntiqsiz təklif” kimi rədd edib.

İranın xarici işlər naziri Javad Zarif deyib ki, cənab Obama bu xüsusda qəbuledilməz və hədələyici tonda danışıb.

Cənab Zarif bunu da əlavə edib ki, İranın nüvə proqramına dair Qərblə danışıqlar davam etdiriləcək.

O deyib ki, Obama-nın təklifi ABŞ-da İranla sazişin əleyhinə çıxanların “istehlakı” üçün səsləndirilib.

XS
SM
MD
LG