Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:48

Sumqayıtda qarşıdurmaya görə dini qruplaşma üzvlərinə hökm oxunub


Arxiv fotosu

Arxiv fotosu

.

Martın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində öz aralarında çəkişən dini qrupların üzvlərindən 13 nəfərinə hökm oxunub.

Hökmə görə, Elçin Əkbərov, Zaur Paşayav və Elmar Məmmədli 9 il, Elçin Mirzəyev, Vüqar Abdullayev, Anar Rəhimov, Murad Məhərrəmov, Anar Mirzəyev və Əhməd Soltanov 8 il, Kənan Mehrəliyev, Amil Tağıyev, Cəlal Mikayılov və Firudun Musayev isə 7 il müddətinə azadlıqdan məhrum ediliblər.

Onlar Cinayət Məcəlləsinin 221 (xuliqanlıq), 228 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 29, 120.2.4 (qəsdən adam öldürməyə cəhd) və 234-cü (qanunsuz olaraq narkotik vasitələr əldə etmə, daşıma, saxlama, göndərmə və ya satma) maddələri ilə ittiham olunublar.

İttiham olunanlar məhkəməyə inanmadıqlarını, onları ancaq Allahın mühakimə edəcəyini bildiriblər.

Bu haqda AzadlıqRadiosuna ittiham olunanlardan biri Kənan Mehrəliyevin vəkil Fariz Namazlı məlumat verib.

Vəkil işdə zərərçəkənlərin olmadığını da deyib.

Hadisə 2013-cü il dekabr ayının 11-də Sumqayıtda baş verib. İstintaq materiallarında göstərilirdi ki, həmin gün çay evlərinin birindəki qruplaşma - arasında dini baxışlarına görə silahlı insident olub.

Hadisə zamanı iki nəfər bıçaq xəsarətləri, iki nəfərsə güllə yarasl alıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG