Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:15

Moskvada qətlə yetirilən müxalifət lideri Boris Nemtsovun dəfn mərasimi keçirilib.

Mərhum martın 3-də “Troekurovsk” məzarlığında dəfn edilib.

Bundan əvvəl mərhumla Saxarov mərkəzində vida mərasimi keçirilib.

Mərasimdə Avropa Birliyi və ABŞ səfriləri, keçmiş siyasi xadim Anatoli Çubays, keçmiş baş nazir Mixail Kasyanov, Yabloko partiyasının sədri Qriqori Yavlinski, baş nazir müavini Arkadiy Dvorkovic, hökumət aparatının rəhbəri Serqey Prixadko və Böyük Britaniyanın keçmiş baş naziri Con Meycer də daxil olmaqla minlərlə adam iştirak edib.

Boris Nemtsov fefvralın 27-də Moskvada naməlum adamlar tərəfindən odlu silahla qətlə yetirilib.

Bir çox tənqidçilər hesab edir ki, bu qətlin arxasında Rusiya hakimiyyəti durur. Kreml ittihamı rədd edir və qatillərin tapılacağını vəd edib.

Rusiya Federal İstintaq komitəsinin sözçüsü Vladimir Markin istintaqın bütün versiyalara baxdığını deyib.

Bu prezident Vladimir Putinin 15 əvvəl hakimiyyətə gəlməsindən sonra ilk belə hadisə deyil.

Günün bütün mövzuları

XS
SM
MD
LG