Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:19

Obama: “Nemtsov-un qətli ölkədə hədələyici mühiti göstərir”


Boris Nemtsov-un dəfnində iştirak üçün növbə yaranıb
Boris Nemtsov-un dəfnində iştirak üçün növbə yaranıb

-

ABŞ prezidenti Barack Obama deyir ki, Kremlin tənqidçisi Boris Nemtsov-un qətli Rusiya daxilində belə bir mühitin yarandığını göstərir – “vətəndaş cəmiyyəti, müstəqil jurnalistlər, İnternetlə ünsiyyət quranlar getdikcə daha çox təhlükə hiss edir” və gərgindir.

Obama martın 2-də Reuters agentliyinə müsahibə verib. Nemtsov fevralın 27-də gecə Kremlin yaxınlığında qətlə yetirilib.

Putin hökumətinin qətlə aidiyyatı olub-olmadığına gəlincə, Obama deyib ki, “bu dəqiqə nə baş verdiyi barədə aydın təsəvvürü yoxdur”.

“Bildiyim odur ki, Rusiya daxilində mətbuat, sərbəst toplaşma, informasiya, təməl insan haqları dörd, beş, on il öncəyə baxanda daha pis durumdadır,” Obama söyləyib.


XS
SM
MD
LG