Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:59

Hökumət «siqaret mafiyası»na bata bilmədi


Siqaret
Siqaret

-

«Azadlıq» qəzeti yazır ki, «siqaret mafiyası» martın 2-si səhər qiyməti ucuzlaşdırsa da, az sonra yenidən əvvəlki qiymətinə qaytarıb.

Bu barədə «Azadlıq» qəzetinə ticarətçilər məlumat verib.

«Günün birinci yarısında mal götürəndə bəlli oldu ki, siqareti manatın ucuzlaşmasından əvvəlki qiymətinə qaytarıblar. Biz də sevindik. Lakin az keçmədi ki, dedilər siqaret yoxdur və bildirdilər ki, almaq istəyirsinizsə, yeni qiymətlərlə verəcəyik», - deyə ticarətçilər bildirib.

Qəzet yazır ki, «siqaret mafiyası» bu oyunu ilə bəzi mağazaları da çətin vəziyyətdə qoyub:

«Elə mağazalar olub ki, köhnə qiymətlə siqaret götürüb, ucuz satmağa başlayıblar. Lakin sonradan bəlli olanda ki, bu oyundur qiymətlər əvvəlki vəziyyətinə qaytarılıb. Bu xüsusilə kiçik dükanlarda baş verib. Onlar az mal götürür. Siqareti köhnə qiymətlə satdıqlarına görə, qısa müddətə mal qurtarıb. Yenidən mal götürəndə isə artıq baha qiymətə alıblar və bu səbəbdən köhnə qiyməti dəyişiblər».

Manatın devalvasiyasından sonra siqaret 35-40 faiz bahalaşıb. Topdansatış məntəqələrində 1 manat 44 qəpik olan «Davudoff» siqareti birdən-birə 63 qəpik bahalaşaraq 2 manat 7 qəpik, 1 manat 26 qəpik olan «Winston Classic»1 manat 80 qəpik, 90 qəpik olan «LD Silver»1 manat 35 qəpik olub.

Barack Obama
Barack Obama

ABŞ-DA MƏHKƏMƏSİZ HƏBS OLUNMAQ

«ABŞ-da insanlar öz fikirlərini sərbəst şəkildə ifadə edə bilmir, onlara mövcud idarəçiliyə qarşı etiraz səslərini ucaltmağa imkan verilmir, hətta elementar hüquqlarını müdafiə etməkdə belə acizdirlər. Ferqyuson hadisələri göstərdi ki, hətta jurnalistlər, bloqqerlər, vəkillər, hüquq müdafiəçiləri belə istənilən formada təzyiqlə üzləşə bilərlər».

«Azərbaycan» qəzeti belə yazır və əlavə edir ki, prezident Barack Obama-nın tənqidçilərini susdurmağa yönəlmiş sevimli alətlərindən biri də həbsdir:

«Baxmayaraq ki, Amerika prezidenti öz çıxışlarında az qala tanınmış hüquq müdafiəçilərini də geridə qoyur. Quantanamoda bugünə kimi «terrorçuluqda» və ya «terrorçularla əlbir olmaqda» şübhəli bilinən insanlar saxlanılır. Onların sayı, törətdikləri cinayətlər, saxlanma şəraiti barədə heç kimin məlumatı yoxdur. Çünki cənab Obama öz sələfləri kimi onların üzərində ədalət məhkəməsinin həyata keçirilməsini artıq hesab edir».

AVTOMOBİL TƏMİRİ 50%-DƏK BAHALAŞDI

Manatın ucuzlaşması avtomobillərin qiymətləri ilə yanaşı, onların ehtiyat hissələrinin və təmir xərclərinin artmasına da təsir göstərib.

Avtomobillər
Avtomobillər

Sığorta şirkətlərindən fins.az saytına verilən məlumata görə, bəzi rəsmi avtomobil dillerləri artıq avtomobilləri yeni qiymətlərlə təmir edirlər. Bəziləri isə hələlik gözləmə mövqeyindədirlər.

Sığorta şirkətlərindən bildirilib ki, avtomobillərin ehtiyat hissələri 25-50% arasında, təmirlə bağlı usta xərcləri isə 20-50% arasında bahalaşıb. KIA avtomobillərinin ehtiyat hissələri 25% bahalaşsa da, təmir xərcləri dəyişməyib. «Volkswagen», «Audi» və «Seat» avtomobillərinin ehtiyat hissələri 30%, «Hyundai»ların ehtiyat hissələri 40%, təmir xərcləri isə 20% qalxıb. Ən böyük bahalaşma isə «Toyota» avtomobillərində müşahidə olunur. Belə ki, «Toyota», «Lexus» və BYD avtomobillərinin həm ehtiyat hissələri, həm də təmir xərcləri 50% bahalaşıb. «Nissan», «Infiniti», «Mazda», «Mitsubishi» avtomobillərinin təmir xərcləri isə hələlik dəyişməyib.

İYUN AYINADƏK DAYANACAQLARDA WI-FI OLACAQ

«Mayının sonuna qədər avtobuslarda ödənişlərin kart vasitəsilə edilməsi üçün bütün işlər yekunlaşacaq».

Bunu ictnews.az saytına Nəqliyyat Nazirliyinin katiblik rəisi Namiq Həsənov bildirib.

Nazirlik rəsmisi qeyd edib ki, dayanacaqlarda Wi-Fi sisteminin quraşdırılması aprel-may aylarında reallaşdırılacaq: «Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi tərəfindən idarə olunacaq Wi-Fi dünya standartlarına cavab verəcək və yüksəksürətli olacaq. Avropa Oyunları başa çatdıqdan sonra da vətəndaşların dayanacaqlardakı Wi-Fi-dan istifadəsi istisna edilmir».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG