Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:38

-

Boris Nemtsov martın 3-də Moskvada dəfn olunur. Rusiya müxalifətinin lideri fevralın 27-də Kremlin yaxınlığında güllələnib.

Bir sıra Avropa siyasətçiləri dəfndə iştiraka buraxılmadıqlarını deyirlər. Polşa Senatının spikeri Bogdan Borusewicz də bu sıradadır.

Qətli “provokasiya” adlandıran Rusiya prezidenti Vladimir Putin dəfnə qatılmayacaq. Rusiya xarici işlər naziri Sergei Lavrov martın 2-də deyib ki, Nemtsov-un qətlindən “siyasi məqsədlər” üçün istifadə etmək olmaz.

Öldürülən vaxt Nemtsov-un yanında olan qadın deyir ki, hakimiyyət tərəfindən ətraflı dindirilib. Anna Duritska tətiyi çəkən silahlını görmədiyini deyib. Martın 2-də 23 yaşlı modelə Rusiyanı tərk edib vətəni Ukraynaya getməyə icazə verilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG