Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:00

-

Britaniyada insanlar ən çox hansı peşənin sahibi olmağı arzulayırlar? Sürpriz nəticələr:

1. Yazıçılıq
2. Kitabxanaçılıq
3. Elm adamı

“YouGov” sorğu şirkətinin 1500 nəfər arasında keçirdiyi sorğunun nəticələri bir çoxlarını təəccübləndirib.

Respondentlərin 60 faizi bildirib ki, yazıçı olmaq istərdi. 54 faiz kitabxanaçılığı, 51 faizi isə elm adamı olmağı arzuladığını deyib.

“YouGov”dan sorğunun nəticələrini belə şərh ediblər:

“Britaniyada ən çox arzulanan peşələr heç də sizin düşündüyünüz peşələr deyil. Bunlar heç ən gəlirli peşələr də deyil. Belə görünür ki, musiqiçi və aktyor peşələrindən fərqli olaraq yazıçı, kitabxanaçı və elm adamlarının yaşadığı sakit, intellektual həyat hələ də prestijli sayılır”.

Bu sorğunun nəticələri həm də ona görə gözlənilməzdir ki, bir müddət əvvəl “Digital Book World”unkeçirdiyi sorğu zamanı məlum olmuşdu ki, orta statistik peşəkar Britaniya yazıçısı bir ilə 11 000 funt-sterlinq (yəni aya təxminən 1000 manat) qazanır.Dünyanın ən bahalı ölkələrindən olan Böyük Britaniyada bu, orta aylıq əmək haqqından təxminən 2 dəfə aşağı rəqəmdir.

Britaniya mətbuatına istinadla OxuZalı

Günün bütün mövzuları

XS
SM
MD
LG