Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:25

Avropa Şurası Fransanı “uşaq döymək” qanununa görə məzəmmət edir


Avropada ən yüksək insan haqları qurumu – Avropa Şurası Fransanı “uşaqların valideynlər tərəfindən şillələnməsini” qadağan edən qanununun yayğınlığına görə məzəmmət edib.

Bu məsələ şuranın çərşənbə günü keçiriləcək iclasında müzakirə olunmalıdır.

Le Monde qəzeti yazır ki, uşaqlara qarşı zorakılığı qadağan edən Fransa qanunları balacaların valideynləri tərəfindən cismani cəzalandırılmasına göz yumur.

Avropa Şurası bildirib ki, Fransanın bu qəbildən olan qanunları təfərrüatlı deyil.

Bundan bir qədər əvvəl Britaniyanın “Approach” uşaq xeyriyyə cəmiyyəti Fransa və başqa Avropa ölkələrinin qanunlarında uşaqların lazımi dərəcədə qorunmadığından şikayət etmişdi.

Avropa Şurası 47 üzvünü uşaqların valideynləri tərəfindən cəzalandırılmasını qadağan edən qanunların qəbuluna çağırsa da, onların yalnız 22-si bu çağırışa müsbət cavab verib.

XS
SM
MD
LG