Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:26

Bill Gates 16-cı dəfə Forbes jurnalının illik varlılar siyahısının lideri olub.

Microsoft şirkətinin banisindən sonra ikinciliyi yenə də Meksika biznesmeni Carlos Slim qazanıb.

Cənab Gates-in sərvəti 2014-ci ilin fevralından bu günədək 3 milyard dollar artaraq 79 milyard dollar olub.

Forbes məcmuəsində deyilir ki, indi bütün dünyada 1826 milyarder var. Beləliklə onların sayı son 12 ayda 181 nəfər artıb.

Əfsanəvi ABŞ sərmayəçisi Warren Buffett 72, 7 milyard dollarlıq sərvəti ilə üçüncülüyü İspaniyanın Zara dəbli geyim şəbəkəsinin sahibi Amancio Ortega-dan geri alıb.

Forbes jurnalının 2015-ci il üçün zənginlər siyahısının ilk onluğu aşağıdakı kimidir:

1. Bill Gates $79.2 milyard (Microsoft)

2. Carlos Slim Helu $77.1 milyard (Telefonlar və Meksikada tikinti işləri)

3. Warren Buffett $72.7 milyard (Qlobal sərmayəçi)

4. Amancio Ortega $64.5 milyard (Zara və digər geyim şəbəkələri)

5. Larry Ellison $54.3 milyard (Oracle məlumat bankları texnologiyası)

6. Charles Koch $42.9 milyard (Sənayeçi)

7. David Koch $42.9 milyard (Sənayeçi)

8. Christy Walton $41.7 milyard (Walmart satış nıəhəngi)

9. Jim Walton $40.6 milyard (Walmart satış nıəhəngi)

10. Liliane Bettencourt $40.1 milyard (L'Oreal kosmetika firması)

Siyahının ilk 20-liyində ABŞ texnologiya şirkətlərinin rəhbərlıəri liderlik edirlər.

Siyahıdakı ilk qadın - Christy Walton Walmart-ın banisi John Walton-nun dul xanımıdır.

Facebook-un yaradıcısı Mark Zuckerberg siyahıda 5 pillə yüksələrək 16-cı yerə qalxıb. Onun sərvəti 33, 4 milyard dollardır.

Milyarderlər siyahısında ən gənc şəxs mesajlaşma aplikasiyası Snapchat-ı yaradan 24 yaşlı Evan Spiegel-dir. Onun 1, 5 milyard dolları var.

Rusiyanın Lukoil şirkətinin rəhbəri Vagit Ələkbərov 16, 2 milyard dollarla 96-cı yerdədir.

XS
SM
MD
LG