Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 18:11

Moskva məhkəməsi Kremlin əsas tənqidçilərindən biri Aleksei Navalny-nın qətlə yetirilmiş müxalifət lideri Boris Nemtsovun dəfnində iştirak etməsi ilə bağlı müraciətini rədd edib.

Navalny hazırda kütləvi tədbirlər zamanı qayda-qanunu pozma ittihamı ilə administrativ cəza çəkir.

O martın 3-də dəfn mərasimində iştirak etmək üçün 24 saatlıq azadlığa braxılmasını xahiş etmişdi.

Amma məhkəmə bildirib ki, Navalny möhkəm xəstələnəcəyi və yaxın qohumunun öləcəyi halda müvəqqətiazad oluna bilər.

Navalny fevralın 19-damartın 1-nə planlaşdırılan etiraz mitinqi ilə bağlı vərəqələr yaydığına görə, 15 günlük həbs cəzasına məhkum edilib.

Həmin mitinq isə fevralın 27-də Moskvada qətlə yetirilən müxalifət lideri Boris Nemtsovun xatirə mitinqinə çevrlidi.

Günün bütün mövzuları

XS
SM
MD
LG