Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:21

Bakıdakı 2 marketdə süni qiymət artımı aşkarlanıb


Foto arxiv
Foto arxiv

İqtisadiyyat və Sənaye Nazirliyinin apardığı yoxlamalar zamanı bəzi ticarət obyektlərində qanun pozuntuları aşkarlanıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-ya verilən məlumata görə, qurumun Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Xidməti Bakının Xətai rayonu, R.Bağırov küçəsindəki “Ümid” marketi və Nərimanov rayonu, F.Yusifov küçəsindəki “Çinar” marketdə aparılan yoxlamalar zamanı satışda olan malların yarlığında göstərilən qiymətlərlə, kassa aparatının qiymətləri arasında fərq aşkar edilib.

Süni qiymət artımına yol vermiş şəxslər barədə tədbirlər görülüb.

XS
SM
MD
LG