Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:07

Kerry:"Atəşkəsə əməl olunmasa Rusiya növbəti sanksiyalarla üzləşəcək”


John Kerry

John Kerry

“Əgər Ukraynanın şərqində atəşkəs və sülhlə bağlı razılaşma yerinə yetirilməsə,Rusiya növbəti iqtisadi sanksiyalarla üzləşəcək”.

Bunu ABŞ Dövlət katibi John Kerry martın 2-də Cenevrədə bəyan edib.

Kerry BMT İnsan Haqları Şurasının toplantısı çərçivəsində Rusiyanın xarici işlər naziri Sergei Lavrovla 80 dəqiqəlik danışıqlardan sonra bu razılaşmanın yaxın saatlarda tam həyəta keçiriləcəyinə ümidlə yanaşdığını bildirib.

Amma Kerri qeyd edib ki, əgər bu baş verməsə Rusiyaya qarşı növbəti addımlar atılacaq.

Kerrynin sözlərinə görə o bir daha Lavrova deyib ki, fevralın 12-də Minskdə əldə edilmiş atəşkəs razılaşması həyata keçirilməlidir.

O həmçinin Vaşinqtonla Moskvanın daha yaxından əməkdaşlığa dönəcəklərinə ümidlə yanaşdığını qeyd edib.

BMT-nin martın 2-də yaydığı son məlumata görə ötən ilin aprelindən bu yana Ukraynanın şərqində hökumət qoşunları ilə rusiyapərəst separatçılar arasında gedən döyüşlərdə 6 mindən çox adam ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG