Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:22

Qırğızıstan parlamentinin üzvləri restoran və kafelərdə ulaq ətindən istifadə edilməsi ilə bağlı hökuməti araşdırma aparmağa çağırıblar.

Dövlət televiziyası ötən həftə ölkənin şimalındakı Çuy vilayətindəki fermalardan birində ulaqların kəsilməsi barədə məlumat yayıb.

Jurnalistlər hesab edir ki, bu ət kafe və restoranlara verilə bilər.

Amma fermerlər ulaq ətinin Honqkonqdakı zooparka satıldığını deyirlər.

Parlamentdəki kənd təsərrüfatı komitəsi hökuməti martın 15-dək məsələyə aydınlıq gətirməyə çağırıb.

Komitənin üzvü Saidulla Nyshanov bildirib ki, əgər hökumət tədbir görməsə nazirlər kabinetinin istefasına çağıracaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG