Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:55

Azərbaycanın istənilən bölgəsində Bakı nömrəsi işləyəcək


Foto: Arxiv
Foto: Arxiv

-

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin «Aztelekom» İstehsalat Birliyi bütün ölkədə daşınan telefon xidməti göstərəcək.

Trend bildirir ki, Bakı şəhər şəbəkəsi statusuna malik sabit telefonlar artıq bölgələrdə də 585 indeksi ilə eyni statusla işləyəcək: «Regionlardakı hər bir müştəri Bakı şəhər telefonlarından istifadə edə biləcək. Alternativi olmayan bu xidmət nəticəsində Bakı şəhər telefon nömrəsi respublika ərazisində istənilən yerə daşınacaq. Şəhərlərarası, şəbəkədaxili və simsiz telefon şəbəkəsi (CDMA) ilə ödənişsiz danışıqlar aparmaq mümkün olacaq. Bununla da daha dayanıqlı rəqəmsal rabitə yaranacaq və rabitə sahəsində ilk dəfə «şəhər-kənd» arasında rəqəmsal uçurum yox olacaq».

«Aztelekom»un açıqlamasına görə, daşınan telefonlarla respublikanın bütün (Naxçıvan MR istisna olmaqla) ərazisində bir-biri ilə limitsiz və pulsuz danışmaq mümkündür: «585 indeksli telefonun abunə haqqı 15 manatdır».

XS
SM
MD
LG