Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:18

AzadliqLive 6 mart

Axşam saat 8-də günün əsas mövzuları haqda reportajlar, müsahibərlər, şərhlər və təhlillər AzadliqRadiosunun 30 dəqiqəlik radioefirində


AzadliqLive martın 6-da aşağıdakı mövzuları müzakirə edirik

DİNLƏ

- Avropa İnsan Haqları məhkəməsinin qərarı ilə azadlığa çıxmalı olan İlqar Məmmədovu hələ də həbsdə qalır? DİNLƏ

- Azərbaycan ombudsmanı Parlamentə hesabat verdi. Deputatlar ombudsamanı nəyi təklif, nəyi irad tutdu?

- Hökumət manat devalvasiyası səbəbindən süni qiymət artımına yol verməyəcəyini deyir - amma cəzalandırılanlar kimlərdir?

Bu və digər mövzuları AzadliqLive-da dinlə

AzadlıqLİVE-in forumundaFacebookda müzakirələr üçün günün sualı – Milli Məclisdəki deputatlardan hansı mövzunun, qanunun müzakirəsini, qəbulunu gözləyirsiz? Ümumiyyətlə deputatlardan hər hansı gözləntiniz varmı?

Müzakirələrə sən də qoşul, SORĞUda iştirak et BU LİNKDƏ səsvermənin hazır cavablarından birini seç.

Günün əsas mövzuları ətrafında baş verən yeniklər, sosial mediadakı fikirlər və digər maraqlı məqamlar gün ərzində CanlıBloqda yeləşdirilir. AzadliqLive, gün ərzində isə onun bloqunu burada izlə. Verilişin audio yayımı da burada yerləşdiriləcək. Yeni postlar xronoloji ardıcıllıqla, bloqun əvvəlində yerləşdirilir. Bloqun sonunda göy rəngli "Davamı" düyməsini sıxmaqla bloqu vərəqləmək, günün əvvəlki postları ilə də tanış olmaq mümkündür.

20:53 6.3.2015

Bu günlük və həftəlik AzadliqLive işini başa vurur

Sağ ol ki, bizi izləyirsən! Martın 9-da yenidən efirdəyik. Azadlıqda qal

19:59 6.3.2015
19:55 6.3.2015

Kondor Eagle FB-da yazır

Isterdim ki, (millət vəkilləri) her hansi bir meseleye subyektiv yanawmasinlar, awagi tebeqeni de nezere alsinlar. Bir de mekteblerde vezifeli wexsler daha cox yoxlanilsin

Sənin də AzadliqLive-ın günün sualına cavabın varsa Facebookdakı müzakirəlrə qoşul

18:46 6.3.2015

Avropa qurumlarının İlqar Məmmədov haqda qərarı havada qalıb.


Vəkili deyir, İlqar Məmmədov hələ 2 ay əvvəl azad olunmalı idi. Azərbaycan Milli məclisinin üzvü Əli Hüseynli onunla razılaşmır.

“Avropa İnsan Haqları Məhkəməsi (AİHM) kiminsə azadlığa buraxılması ilə bağlı qərar çıxara bilməz. Buna görə də AİHM-nin Azərbaycanla bağlı qərarlarını siyasi baxımdan yozmaq düzgün deyil”.

Vaxtilə İlham Əliyev isə demişdi ki, Azərbaycanda hüquqları pozulan varsa, Avropa Məhkəməsinə müraciət edə bilər, Azərbaycan da bu qurumun qərarlarına hörmətlə yanaşır.

Prezidentin sözləri reallıqla nə qədər uyğunlaşır? AzadliqLive-da dinlə

Davamı

Şərhləri göstər

XS
SM
MD
LG