Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:07

Cenevrədə Kerry ilə Lavrov arasında görüş olub


John Kerry və Sergei Lavrov
John Kerry və Sergei Lavrov

ABŞ Dövlət katibi John Kerry martın 2-də Cenevrədə Rusiyanın xarici işlər naziri Sergei Lavrovla görüşüb.

Görüş BMT İnsan Haqlarə Şurasının Cenevrədə keçirilən toplantısı çərçivəsində baş tutub.

Kerry 20 dəqiqlik görüşdən sonra özünün twitter səhifəsində Ukrayna, Suriya və İranın nüvə proqramı ətrafında açıq fikir mübadiləsi apardıqlarını yazıb.

Amma liderlər hələlik görüş barədə ictimaiyyətə elə bir açıqlama verməyiblər.

Bundan əvvəl fevralın 27-də Moskvada müxalifətdə olan siyasətçi Boris Nemtsovun öldürülməsinin danışıqların əsas mövzularından biri olacağı gözlənilirdi.

Kerry görüş ərəfəsində Nemtosovun qətli ilə bağlı şəffav və hərtərəfli araşdırma aparmağa çağırıb.

Ukrayna müharibəsinə qarşı çıxan Nemtsov prezident Vladimir Putini Rusiyanın bu münaqişəyə cəlbinə görə tənqid edirdi.

O Putinin 15 il bundan əvvəl hakimiyyətə gəlməsindən sonra Rusiyada öldürülən tənqidçilərdən biridir.

Bir çox tənqidçilər hesab edir ki, sonda Nemtsovun qətlinin arxasında hakimiyyət durur.

Şahmat üzrə keçmiş dünya çempionu Garry Kasparov ABŞ-ın NBC şəbəkəsinə müsahibəsində deyivb ki, Rusiyada Putinlə razılaşmayan insanlar satqın, dövlətin düşməni kimi qələmə verilir və Nemtsov Putinin ən böyük tənqidçilərindən biri idi.

Ukraynaya gəldikdə isə son günlər cəbhə xəttində gərginliyin azaldığı müşahidə olunur və bu fevralın 12-də Minskdə əldə edilmiş atəşkəs razılaşmasına əməl ediləcəyinə ümidləri artırıb.

Amma Ukrayna hərbçiləri hesab edir ki, rusiyapərəst separatçılar yeni hücuma hazırlaşmaq və qruplaşmaq üçün bundan fürsət kimi istifadə edirlər.

BMT-nin martın 2-də yaydığı məlumata görə, ötən ilin aprelindən bu yana Ukraynanın şərqində gedən döyüşlərdə 6 mindən çox adam ölüb.

Təşkilatın insan haqları üzrə komissarı Zeid Raad al Husseinin sözlərinə görə təkcə son həftələrdə Donetsk hava limanı və Debaltseve şəhəri ətrafında gedən döyüşlərdə yüzlərlə mülki sakin və hərbçi ölüb.

BMT dekabrdan bu yana Rusiyadan separatçılara ağır silahlar və döyüşçülər göndərilməsi barədə etibarlı məlumatlar olduğunu deyir.

Rusiya ittihamı rədd edir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG