Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:13

-

Martın 1-dən «Teleqraf Holdinq»in kult.az, tabloid.az və izvestiya.az, «APA Holdinq»in kulis.az, ailem.az və avtolent.az saytları açılmır.

«APA Holdinq» yaydığı məlumatda 3 saytının fəaliyyətinin dayandığını təsdiqləyib, bildirib ki, qurumda struktur dəyişikliyi edilib:

«Şirkətin Direktorlar Şurasının qərarı ilə holdinqə daxil olan kulis.az, ailem.az və avtolent.az saytlarının fəaliyyəti dayandırılıb. Qərarın verilməsinə səbəb layihələrin biznes baxımından rentabelli hesab olunmamasıdır».

«Bundan sonra saytların arxivi saxlanmaqla lent.az-da eyni adlı rubrikalar fəaliyyətini davam etdirəcək», - deyə məlumatda bildirilir.

«GÖZLƏNTİLƏRİMİZ DOĞRULMADI»

«Gündəlik Teleqraf»ın baş direktoru Aynur Camalqızı publika.az-a bildirib ki, adıçəkilən media orqanlarının fəaliyyətinə son verilməsi maliyyə problemi ilə bağlı deyil:

«Biz işçilərimizi ixtisar etmirik, onlar yenə də bizim digər saytlarda fəaliyyətlərini davam etdirəcəklər. Bu addımımızı hansısa iqtisadi böhranla əlaqələndirənlər yanılır. Qərarımızın çox sadə səbəbi var. Bildiyiniz kimi, kult.az, izvestiya.az və tabloid.az sahəvi saytlar idi və əvvəllər publika.az xəbər portalında həmin mövzularda əməkdaşlarımız uğurlu layihələrlə çıxış edirdilər. Biz həmin bölmələri ayrıca saytlara çevirəndə, biznes maraqlarımızı əsas götürmüşdük və reklamlar alacağımıza ümid edirdik. Amma gözləntilərimiz nəticə vermədi və həmin saytların fəaliyyətinə xitam verməli olduq».

A.Camalqızı əlavə edib ki, «Gündəlik Teleqraf»a daxil başqa saytlar isə Türkiyə onlayn media modelinə keçməyi məqsədəuyğun sayır:

«Digər saytlarımız –axar.az, publika.az və teleqraf.com bundan sonra xəbər portalı kimi fəaliyyət göstərəcək. Bu, reklam şirkətləri ilə daha sıx əməkdaşlıq qurmağımıza hesablanmış addımdır».

Günün bütün mövzuları

XS
SM
MD
LG