Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:23

Dövlət Taxıl Fondunun rəhbəri: «Çörəyin qiymətinin qaldırılmasına heç bir əsas yoxdur»


Çörək
Çörək

-

«Əla növ 50 kq-lıq buğda ununun bir kisəsinin topdansatış qiyməti 16 manat müəyyən edilib».

Bunu Fövqəladə Hallar Nazirliyi Dövlət Taxıl Fondunun rəhbəri Zülfüqar Məmmədov qurumun rəsmi saytına bildirib.

FHN rəsmisi bildirir ki, manatın devalvasiyasından sonra un və un məmulatlarının qiymətinin də qalxacağı ilə bağlı əhalidə yaranan narahatçılığın əsası yoxdur.

Zülfüqar Məmmədovun dediyinə görə, Dövlət Taxıl Fondundakı yüksəkkeyfiyyətli ərzaqlıq buğda ehtiyatları 500 min tona yaxındır: «Bununla yanaşı, saxlanılma müddəti başa çatmış taxılın istifadəyə buraxılmasından əldə edilən vəsait hesabına yüksəkkeyfiyyətli ərzaqlıq buğdanın tədarük edilməsi istiqamətində Rusiya və Qazaxıstan istehsalçıları ilə danışıqlar aparılır».

Zülfüqar Məmmədov deyir ki, hazırda Dövlət Taxıl Fondundan un istehsalçıları olan müəssisələrə buğdanın bir tonu 185 manat 60 qəpiyə buraxılır:

«Belə qiymətlə yerli taxıl bazarına ciddi intervensiyanın nəticəsidir ki, əla növ 50 kq-lıq buğda ununun bir kisəsinin topdansatış qiyməti 16 manat həddində müəyyən olunub. Bu isə, öz növbəsində, ölkədə istehsal olunan çörəyin qiymətinin sabit saxlanılması üçün əsas zəmindir, yəni çörəyin qiymətinin yüksəldilməsinə heç bir əsas yoxdur».

XS
SM
MD
LG