Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:25

Ukrayna müharibəsində ölənlərin sayı 6 mini keçdi


Donetsk aeroportu yaxınlığında evi dağıdılmış kişi

Donetsk aeroportu yaxınlığında evi dağıdılmış kişi

BMT-nin insan haqları üzrə rəsmisi deyir ki, ötən ilin aprelindən Ukraynanın şərqindəki münaqişədə 6 mindən çox ölən olub.

BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Zeid Raad al-Hussein martın 2-də yaydığı bəyanatda hökumət qüvvələri ilə rusiyapərəst separatçılar arasında gedən döyüşlərdə dinc insanlar və infrastrukturun amansızcasına məhv edildiyini deyir.

Təkcə son həftələrdə Donetsk aeroportu və Debaltseve şəhəri ətrafında gedən döyüşlərdə yüzlərlə dinc sakin və hərbçi öldürülüb.

Moskva münaqişəyə dəxli olmadığını bildirir. Ancaq BMT deyir ki, etibarlı məlumatlara görə,dekabrdan bəri Rusiyadan separatçılara ağır texnika və xarici döyüşçülər göndərilməsi barədə etibarlı məlumatlar mövcuddur.

Son günlər atışmanın xeyli səngiməsi fevralın 2-də Minskdə əldə olunmuş atəşkəs sazişinə əməl olunacağına ümidlər artıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG