Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:33

Azərbaycan Rusiyadan 250 taxılyığan kombayn alıb


Azərbaycan Rusiyadan 250 taxılyığan kombayn alıb. Həmin kombaynlar ölkəyə kənd təsərrüfatı maşınlarının gətirilməsilə bağlı tenderin qalibi olan Rusiyanın «Rostelmaş» şirkətindən alınıb. Kombaynları Azərbaycana gətirən «Aqrolizinq» Açıq Tipli Səhmdar Cəmiyyətindən «Azadlıq» radiosuna verilən məlumata görə, yol və digər xərclər nəzərə alınmaqla kombaynların biri 43 min yeni manata başa gəlib. Cəmiyyətin sədr müavini Aydın Əzizovun dediyinə görə, kombaynlar elə bu qiymətə də fermerlərə satılacaq.


XS
SM
MD
LG