Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:08

-

İsrailin baş naziri Benjamin Netanyahu İranla mümkün nüvə sazişinə qarşı arqumentlərini təqdim etmək üçün Vaşinqtona gedib. O, respublikaçıların dəvəti ilə martın 3-də Konqresin hər iki palatasında çıxış edəcək. Bu çıxış Ağ Evi qəzəbləndirib, çünki dəvətnamə göndərilməzdən administrasiya ilə məsləhət olunmayıb.

Netanyahu İranla altı fövqəldövlətin razılaşdırmağa çalışdığı sazişə qarşı çıxır. İsrail lideri iddia edir ki, bu saziş Tehranın atom bombası hazırlamasının qarşısını almayacaq.

İranın xarici işlər naziri Mohammad Javad Zarif bildirib ki, Netanyahu bu sazişə mane ola bilməyəcək.

Martın 2-də ABŞ Dövlət katibi John Kerry Zariflə Cenevrədə danışıqları bərpa edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG