Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 10:43

Britaniyalı məktəbli qızlar İstanbuldan Suriyaya gediblər


Türkiyədə suriyalı qaçqınlar

Türkiyədə suriyalı qaçqınlar

-

3 britaniyalı məktəbli qızın İstanbuldan keçib Suriyaya getməsini göstərən təhlükəsizlik videosu yayılıb. Onların İslam Dövləti yaraqlılarına qoşulduğu güman edilir.

Məktəblilər Londondan İstanbula fevralın 17-də uçublar. Onlar bir dayanacaqda saatlarla avtobus gözləyib və Suriya ilə sərhəddə yerləşən şəhərə yollanıblar.

Britaniya polisi, ailələri qızlarına çağırış ediblər ki, geri dönsünlər.

15 yaşlı Amira Abase, 15 yaşlı Shamima Begum və 16 yaşlı Kadiza Sultana –nın artıq Suriyaya daxil olduğu bildirilir. Britaniya polisi belə deyir.

Avropa dövlətləri Türkiyəni çağırır ki, Suriyaya xarici döyüşçülərin axınını əngəlləsin.

Britaniyanın baş naziri David Cameron media şirkətlərini onlayn ekstremizmin qarşısını almağa çağırıb. Onun sözlərinə görə, qızların “yataq otaqlarında radikallaşdırıldığı” görünür.

Günün bütün mövzuları

XS
SM
MD
LG