Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:54

-

Martın 2-də ABŞ Dövlət katibi John Kerry Rusiya xarici işlər naziri Sergei Lavrovla Cenevrədə BMT İnsan Hüquqları Şurasının toplantısı çərçivəsində görüşəcək.

Ukraynanın şərqindəki durumun və fevralın 27-də Kremlin yaxınlığında müxalifət lideri Boris Nemtsov-un qətlinin müzakirə olunacağı gözlənir.

Martın 1-də Kerry Nemtsov-un qətlinin “hərtəfərli, şəffaf və real təhqiqatına” çağırıb. On minlərlə nümayişçi isə Moskvada xatirə yürüşünə çıxıb.

Ukraynada ağır texnikanın təmas xəttindən geri çəkilməsi iki həftəlik atəşkəsin saxlana biləcəyinə ümidlər yaradıb. Ancaq Ukrayna ordusu xəbərdarlıq edib ki, yaraqlılar atəşkəsdən istifadə edərək yenidən qruplaşır, hökumət mövqelərinə yeni hücumlara hazırlaşırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG