Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:57

Tacikistanda seçkidə pozuntular qeydə alınıb


Tacikistanda seçki məntəqəsi
Tacikistanda seçki məntəqəsi

-

AzadlıqRadiosunun tacik xidməti martın 1-də keçirilən parlament seçkilərində xeyli sayda pozuntuları sənədləşdirib. Seçki Komissiyası 4.3 milyon seçicidən 82 faizinin səsverməyə gəldiyini bildirib.

Seçki pozuntuları sırasına bir nəfərin bütün ailə üzvlərinin yerinə səs verməsi, seçki monitorlarının asılmaması, seçicilərə kimə səs verməklə bağlı təlimat verilməsi daxildir.

Beynəlxalq müşahidəçilər seçki kampaniyasını da qüsurlu sayıb. Parlamentin aşağı palatası olan – Majlisi Namoyandagon-da 63 yer uğrunda 300-dək namizəd mübarizə aparıb.

Prezident Emomali Rahmon-un Xalq Demokratik Partiyası hazırda 55 yeri tutub və bu seçkidə də önə çıxacağı gözlənir.

Nəticələr martın 2-də elan olunacaq.

XS
SM
MD
LG