Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:54

Bələdiyyə seçkilərinin nəticələri açıqlandı


Oktyabrın 6-da 603 bələdiyyəyə təkrar, əlavə, ilk və yeni seçkilər keçirilib

Oktyabrın 6-da 603 bələdiyyəyə təkrar, əlavə, ilk və yeni seçkilər keçirilib

Mərkəzi Seçki Komissiyası (MSK) 603 bələdiyyəyə oktyabrın 6-da keçirilmiş təkrar, əlavə, ilkin və yeni seçkilərin nəticələrini açıqlayıb. Məlumatda 1901 bələdiyyə üzvünün seçildiyi, onların da əksəriyyətinin hakim Yeni Azərbaycan Partiyası (YAP) üzvləri və bitərəflərdən olduğu bildirilir. YAP-dan 1137, bitərəflərdən isə 692 nəfər seçilib.

Seçkilərə 20 partiya qoşulduğu halda, heç biri hakim partiyanın qazandığı uğurun üçdə birini belə əldə etməyib. Sosial Rifah Partiyasından 9, Müsavat və Milli İstiqlal partiyalarının hər birindən 8, Vətəndaş Həmrəyliyi Partiyasından 7, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasından 6 nəfər bələdiyyə üzvü seçilib. Milli Qurtuluş, Kommunist və Vətəndaş Birliyi və Ədalət partiyalarının da hərəsinin bir nümayəndəsi seçilib.


Oktyabrın 6-da 603 bələdiyyəyə təkrar, əlavə, ilk və yeni seçkilər keçirilib. MSK şikayətlərin və protokolların araşdırılması zamanı üç bələdiyyəyə seçkinin nəticələrini ləğv edib, bir Dairə Seçki Komissiyasını isə buraxıb. MSK-dan bildirirlər ki, nəticələri ləğv olunmuş Uzunboyat, Məliklər və Buzovna bələdiyyələri üzrə seçkilərin nə zaman keçiriləcəyi hələlik bəlli deyil.


Günün bütün mövzuları

XS
SM
MD
LG