Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 11:12

Obama İrana qarşı hər hansı Konqres qanununa veto qoyacaq


Prezident Barack Obama Konqresin ABŞ-ın və Qərbin İranla apardığı nüvə danşıqlarına müdaxiləsinə imkan verən qanun layihəsinə veto qoyacaq.

Bu barədə verilmiş xüsusi bəyanatda Ağ Ev bildirib ki, prezidentin fikrincə hazırda İrana dair əlavə qanunvericiliyin qəbul edilmıəsinə ehtiyac yoxdur.

Hazırda ABŞ və dünyanın əsas gücləri İranla onun ziddiyyətli nüvə proqramına dair danııqlardadırlar.

Danışıqlarda əldə olunacaq sazişdə bir sıra sanksiyaların qaldırılması müqabilində Tehrandan nüvə proqramının məhdudlaşdırılması gözlənilir.

Konqresin hazırladığı İranla Nüvə Razılaşmasının Müzakirəsi Qanunu Tehranla imzalanmış hər hansı sənədin yekun müqavilənin imzalanmasından 5 gün əvvəl Konqresə təqdim olunmasını nəzərdə tutur.

Qanun layihəsi həmçinin prezidentin İrana qarşı sanksiyaları ləğv etməsini mümkünsüz edir.

ABŞ, Rusiya, Çin, Fransa, Almaniya və Britaniyanın İranla apardığı danışıqlar martın sonunadək yekunlaşmalıdır.

XS
SM
MD
LG