Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:08

Boris Nemtsovu Londonda yad ediblər


Action in memory of Boris Nemtsov in London, 1 March, 2015

Action in memory of Boris Nemtsov in London, 1 March, 2015

Britaniyanın paytaxtı Londondakı Rusiya səfirliyinin qarşısına yığışmış 200 nəfərlik qrup müxalifət lideri Boris Nemtsovun xatirəsini yad edib.

Toplaşanlar səfirliyin darvazası önünıə əklillər düzüb şamlar yandırıblar.

Eyni vaxtda küçənin əks tərəfinə toplaşmış başqa bir qrupun əllərində Ukrayna bayraqları və “Putinin müharibəsini dayandırın” şüarları yazılmış plakatlar olub.

Toplaşanlar həmçinin “Qalx Rusiya” tipli şüarları səsləndiriblər.

Londonda yaşayan rusiyalı biznesmen Yevgeni Çiçvarkin Nemtsovun qətlini “siyasi edam” adlandırıb.

O deyib ki, hətta bu qətlin sifarişini verməsə belə, fərqli düşüncəni məhv edən bu sistemi Putin yaradıb.

Londonda qətlə yetirilmiş Rusiya xüsusi xidmətlərinin casusu Aleksandr Litvinenkonun xanımı Marina BBC Rus xidmətinə müsahibəsində deyib ki, Rusiya siyasi sistemlə çarpışan Ukraynadan nümunə götürməlidir.

Marina Litvinenko Nemtsovun qətlini Rusiya hakimiyyətinin ictimaiyyətə verdiyi hədəli mesaj adlandırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG