Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 16:51

-
Yaşar Kamal vəsiyyəti sayıla biləcək son sözlərini Bilgi Universitetində açıqlayacaqmış. Türkiyənin «Posta» qəzeti belə yazıb. Xəbərdə deyilir ki, ünlü romançı «fəxri doktor» adına layiq görüldüyündən 2014-cü ilin noyabrında həmin universitetdəki mərasimə qatılacaqmış. Xəstəliyi ucbatından mərasimə gedə bilməyən Yaşar Kamal iştirakçılara yazılı mesaj göndərməli olub. Məhz bu mesaj vəsiyyət kimi qymətləndirilə bilər:

«Birincisi, mənim kitablarımı oxuyan qatil olmasın, savaş düşməni olsun.
İkincisi, insanın insanı istismarına qarşı çıxsın. Kimsə kimsəni alçaltmasın. Kimsə kimsəni assimilyasiya etməsin. İnsanları assimilyasiya etməyə can atan dövlətlərə, hökumətlərə imkan yaradılmasın.
Mənim kitablarımı oxuyanlar bilsinlər ki, bir mədəniyyəti yox edənlərin öz mədəniyyətləri, öz insanlıqları əllərindən uçub-gedib.
Mənim kitablarımı oxuyanlar yoxsullara dayaq olsunlar, yoxsulluq bütün insanlığın utancıdır.
Mənim kitablarımı oxuyanlar bütün pisliklərdən arınsınlar».

Yazıçı ağciyər iltihabı və ürəyin aritmiyası diaqnozu ilə yerləşdirildiyi İstanbul Tibb Fakültəsinin reanimasiya şöbəsində vəfat edib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG