Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 10:57

BMT: təkcə fevralda 1100 iraqlı öldürülüb


İraqda tarixi abidələri məhv edən İŞİD-çilər

İraqda tarixi abidələri məhv edən İŞİD-çilər

-

Fevral ayı ərzində azı 1100 iraqlı hərbçi və mülki şəxs İslam Dövləti yaraqlılarının zorakılığının qurbanı olaraq öldürülüb.

Bunu Birləşmiş Millətlər Təşkilatı iddia edir.

BMT-nin İraqda Yardım Missiyasının bəyanatında bildirilir ki, öldürülənlərin 611-i dinc sakin, qalanları isə İraq təhlükəsizlik qüvvələrindəndir.

O da bildirilir ki, bu rəqəm İraqın üçdə bir hissəsini əhatə edir, yaraqlıların nəzarəti altında olan ərazilər tədqiq edilməyib.

BMT-nin açıqlamasına görə, fevral ayı ərzində yaralananların sayı 2280 nəfər olub ki, onlardan da 1350-si dinc sakinlərdir.

Ən çox zorakılıq halları Bağdadda qeydə alınıb, burada 329 sakin öldürülüb, 875-i yaralanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG