Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:02

-

Vurğun Əyyub Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı sədrinin 1-ci müavini təyin edilib.

Hərəkat sədri Qubad İbadoğlu bu barədə öz facebook səhifəsində məlumat yayıb.

Məlumatda bildirilir ki, fevralın 28-də Azərbaycan Demokratiya və Rifah Hərəkatının İdarə Heyətinin 2-ci iclası olub. İclasda Qubad İbadoğlu nizamnamə ilə ona verilən səlahiyyətlərindən istifadə edərək ADR Hərəkatın sədri kimi ilk sərəncamına imza atıb, Vurğun Əyyubu ADR Hərəkatı sədrinin 1-ci müavini təyin edib.

İclasda həmçinin milli valyuta ilə bağlı durum, təşkilatı məsələlər də müzakirə olunub.

Azərbaycan Demokratiya və Rifah Hərəkatı fevralın 21-də təsis olunub. Hərəkatın Təşkilat Komitəsinin sədri, Müsavat Partiyası başqanlığına keçmiş namizəd, iqtisadçı Qubad İbadoğludur.

Günün bütün mövzuları

XS
SM
MD
LG